Gündə çox yox,yarım saat gəzmək orqanizmdə hansı dəyişikliklərə səbəb olur?


Hər gün cəmi 30 dəqiqə gəzmək orqanizmdə nələri dəyişir? – Mütəxəssislərdən TÖVSİYƏ
Expressxeberler.az xəbər verir ki, hər gün cəmi 30 dəqiqə piyada gəzmək sağlamlığın qorunmasına və bir çox xəstəlik riskinin azalmasına kömək edir.
Mütəxəssislərin araşdırmalarına görə, müntəzəm yürüş ürək-damar sistemini gücləndirir, qan dövranını yaxşılaşdırır, yüksək təzyiq və insult riskinin azalmasına dəstək olur.
Gəzinti psixoloji vəziyyətə də müsbət təsir göstərir. Hətta 10 dəqiqəlik yürüş əhvalı yaxşılaşdıra, stress və gündəlik gərginliyi azalda bilər. Yaşıllıq ərazilərində gəzmək isə bu baxımdan xüsusilə faydalıdır.
Bundan başqa, gündəlik piyada gəzmək yaddaşın, diqqətin və öyrənmə qabiliyyətinin qorunmasına kömək edir. Ayaq əzələlərini gücləndirir, bədənin tarazlığını yaxşılaşdırır və sümüklərin möhkəmliyini dəstəkləyir.
Müntəzəm yürüş yuxu keyfiyyətinin yüksəlməsinə və çəkiyə nəzarətə də müsbət təsir göstərir.
Mütəxəssislər sağlam həyat tərzi üçün hər gün 30 dəqiqə piyada gəzməyi tövsiyə edirlər. Bu sadə vərdişin davamlı olması ümumi sağlamlığın qorunmasında mühüm rol oynaya bilər.
#Expressxeberler.az #Sağlamlıq #Gəzinti #FaydalıMəlumat
1 mənbə
