Rusiya-Ukrayna müharibəsində cəbhə yeraltına keçdi


Rusiya-Ukrayna müharibəsində səma pilotsuz uçuş aparatları ilə doldu və cəbhə xəttini yeraltına gətirdi.Ukrayna hərbçiləri Rusiya qoşunlarının istifadə etdiyi köhnə təbii qaz kəmərinə bir neçə ay davam edən gizli əks-hücum keçirib.CNN International əməliyyatda iştirak edən briqada komandirlərindən biri ilə danışıb.
Dünya müharibəsi filmlərini xatırladan bu görüntülər Ukraynanın şərqində istismardan çıxarılan təbii qaz kəmərindəndir.
izmedia.az xəbər verir ki, aBŞ-ın rəhbərlik etdiyi sülh təşəbbüslərinin Moskvanın xeyrinə nəticələnəcəyindən narahat olan Kiyev administrasiyası Xarkov vilayətinin strateji əhəmiyyətli Kupyansk şəhərində həyata keçirdiyi gizli yeraltı əməliyyatın xüsusi görüntülərini paylaşıb.
Ötən ilin noyabrında Rusiyanın ələ keçirdiyini iddia etdiyi, lakin Ukraynanın nəzarətdə saxladığı bu kəmərlər vasitəsilə rus qoşunlarının Kupyanska sızmasının qarşısını almaq üçün “Veles əməliyyatı” başladılıb.
Digər təhlükə düşmən cəsədləridir.Ancaq bu şərtlərdə sağ qalmağın yollarını tapmaq indi həyati əhəmiyyət kəsb edir.
İHA-ların havada yaratdığı ölüm zonalarının qarşısını almaq üçün hazırlanmış yeraltı müharibədə texnologiya və mədən üsulları birləşdirilir.Əsgərlərin dar bir boruda “taksi” deyilən elektrikli skuterlərdə sursat və yaralıları daşıdığı əməliyyatda yeraltı robotlar, termal kameralar və kömür mədənlərindən öyrənilən qazıntı texnikalarından istifadə edilir.
Pilotsuz təyyarələr səmanı doldurduqca, yeraltı cəbhə həlledici ola bilər.