Azərbaycan Prezidenti İtaliya Nazirlər Şurası sədrinin müavinini qəbul edib


64 mənbə əsasında
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də İtaliya Respublikasının Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayanini qəbul edib. Görüş zamanı dövlət başçısı iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayıb. Söhbət zamanı İtaliya ilə iqtisadiyyat, ticarət və xüsusilə enerji sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Tərəflər qarşılıqlı səfərlərin və irimiqyaslı sərmayələrin ikitərəfli münasibətlərin dərinləşməsinə töhfə verdiyini qeyd ediblər.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 23-də İtaliyanın Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayanini qəbul edib. Dövlət başçısı iki ölkə arasında strateji tərəfdaşlıq haqqında birgə bəyannaməyə toxunaraq, Azərbaycanla İtaliyanın yaxşı tərəfdaşlıq qurduqlarını, dostluğa əsaslanan əlaqələrimizin uğurla inkişaf etdiyini dedi. Prezident İlham Əliyev bu il İtaliya Nazirlər Şurasının Sədri Ciorcia Meloninin ölkəmizə uğurlu səfərini xatırladaraq, səfər çərçivəsində onunla siyasi sahədə qarşılıqlı fəaliyyət, iqtisadiyyat, ticarət və ikitərəfli gündəlikdə duran digər məsələlərlə bağlı yaxşı müzakirələrin aparıldığını bildirdi. Dövlət başçısı İtaliya Prezidenti Sercio Mattarellanın ölkəmizə, özünün isə İtaliyaya səfərlərinə toxunaraq vurğuladı ki, bütün bunlar əlaqələrimizin inkişafına mühüm töhfə verir. Yüksək səviyyədə olan əlaqələrimizin iqtisadi fəaliyyətimizə də müsbət təsir göstərdiyini deyən Azərbaycan Prezidenti bu sahədə əməkdaşlığımızın genişlənməsindən məmnunluğunu ifadə etdi, irimiqyaslı sərmayələrin əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, İtaliya enerji sahəsində Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Dövlət başçısı Azərbaycanın İtaliyanın enerji bazarına daxil olduğunu, orada neft emalı müəssisələri və yanacaqdoldurma məntəqələri əldə etdiyini dedi. Prezident İlham Əliyev Azərbaycanda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərən italyan şirkətlərinin sayının artmasını da məmnunluqla qeyd etdi. Azərbaycan Prezidenti əlaqələrimizin, həmçinin təhsil sahəsini də əhatə etdiyini dedi, bu xüsusda ötən il İtaliya dövlətinin başçısının iştirakı ilə Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışını xatırladı. Prezident İlham Əliyev Antonio Tayaninin səfərinin uğurlu olacağına və strateji münasibətlərimizi daha da gücləndirəcəyinə ümidvarlığını ifadə etdi. İtaliya Nazirlər Şurası Sədrinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Azərbaycanda və İtaliyada fə
Tam oxu Mediabiz saytındaDərc vaxtına görə
Mediabizoxuduğunuz
İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib