Hindistandan Ermənistana uçan təyyarə İranda TƏCİLİ ENİŞ ETDİ


Hindistanın paytaxtı Yeni Dehlidən Ermənistanın İrəvan şəhərinə uçan “Boeing 737-800” tipli yük təyyarəsi texniki nasazlıq səbəbindən marşrutunu dəyişərək İranın paytaxtı Tehrandakı Mehrabad Beynəlxalq Hava Limanına təcili eniş edib.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az “Ruzno”ya istinadən xəbər verir ki, təyyarənin mühərriklərindən birində yaranan nasazlıq planlaşdırılmamış enişə səbəb olub.
Məlumata görə, “SolitAir” şirkətinə məxsus, A6-SHA qeydiyyat nömrəli təyyarə “Emirates”in SH6011 reysi ilə hərəkət edib. Təyyarə havaya qalxdıqdan təxminən 6 saat 6 dəqiqə sonra Tehrana enməyə məcbur olub.
Yük təyyarəsi Mehrabad hava limanında təxminən dörd saat qalıb. Texniki nasazlıq aradan qaldırıldıqdan sonra uçuşunu davam etdirərək İrəvandakı Zvartnots Beynəlxalq Hava Limanına yollanıb.
Tehrandan İrəvana uçuş təxminən 1 saat 29 dəqiqə davam edib.
Dərc vaxtına görə
