"Hər birimiz bizi tarixi oyun gözlədiyinin fərqindəyik" - "Xankəndi"nin qapıçısı


1-ci Liqanın 8-ci turunda "Xankəndi" təmsil etdiyi şəhərdə "Karvan-Yevlax"ı qəbul edəcək. Bunadək rəqiblərini Şamaxıda qəbul edən Qarabağ komandasının qapıçısı Elməddin Məmmədov noyabrın 19-da baş tutacaq görüş ərəfəsində fikirlərini Fanat.Az-a bölüşüb:
"Hər birimiz bizi tarixi oyun gözlədiyinin fərqindəyik. İlk dəfə doğma şəhərimizdə öz azarkeşlərimiz önündə oynayacağıq. Xankəndidə komandaya çox yaxşı şərait yaradılıb və yaradılmaqdadır.
"Karvan-Yevlax" bu çempionatda çümpionluq üçün yığılmış komadadır. Rəqibin heyətində təcrübəli yerlilərlə yanaşı, səviyyəli legionerlər də var. Əlimizdən gələnin ən yaxşısını edəcəyik və onlara qarşı layiqli mübarizə aparacağıq. Komandamızın əsas hədəfi liqada qalmaq, yekunda mümkün qədər yüksək pillələrdə qərarlaşmaqdır".
Qeyd edək ki, Xankəndi şəhər stadionunda reallaşacaq qarşılaşmanın start fiti 16:00-da səsləndiriləcək.
Nihat
1 mənbə
