Gürcüstan Azərbaycana avtomobil ixracından qazancını oktyabrda 2,5 dəfə artırıb


Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Gürcüstan Azərbaycana 175,4 milyon ABŞ dolları dəyərində 4 min 888 ədəd avtomobil ixrac edib.
"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3 %, kəmiyyət olaraq – 28 % azdır.
Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.
Təkcə oktyabrda Azərbaycan Gürcüstandan 25,8 milyon ABŞ dolları dəyərində 552 ədəd avtomobil alıb. Bu bir il əvvələ nisbətən müvafiq olaraq 2,5 dəfə və 37 % çoxdur.
Bu ilin ilk 10 ayı ərzində Gürcüstan xarici ölkələrə 1 milyard 721 milyon ABŞ dolları dəyərində 69 min 925 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərə nisbətən müvafiq olaraq 25 % və 24,7 % azdır.
Hesabat dövründə Gürcüstandan Qırğızıstana 697 milyon ABŞ dolları dəyərində 18 min 511 ədəd, Qazaxıstana 357 milyon ABŞ dolları dəyərində 22 min 347 ədəd, İrana 130 milyon ABŞ dolları dəyərində 7 min 384 ədəd, Tacikistana 93,6 milyon ABŞ dolları dəyərində 5 min 120 ədəd avtomobil tədarük edilib.
Xatırladaq ki, 2025-ci ildə Gürcüstan 2,8 milyard ABŞ dolları dəyərində 111 min 265 ədəd avtomobil ixrac edib ki, bunun da 213 milyon ABŞ dolları dəyərində 7 min 814 ədədi Azərbaycanın payına düşüb.
Dərc vaxtına görə