"Qala Sığorta" və "Qala Həyat" maarifləndirici tədbir keçirdi — FOTOLAR
Demokrat.azEditor


"Qala Sığorta" və "Qala Həyat" sığorta şirkətləri Əlilliyi olan Şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində maarifləndirici seminar təşkil edib.
Demokrat.az xəbər verir ki, seminar Azərbaycan Respublikası Mərkəzi Bankının maliyyə savadlılığının artırılması layihəsi çərçivəsində keçirilib.
Tədbirdə iştirakçılara risk və sığorta anlayışları, eləcə də sığortanın gündəlik həyatda əhəmiyyəti barədə məlumat verilib.
Təşəbbüsün əsas məqsədi həssas qrupların maliyyə savadlılığının artırılmasına və inklüziv təhsilin təşviqinə töhfə verməkdir.
1 / 6
1 mənbə
