Yeni İnkişaf Bankı Özbəkistana ilk krediti verdi


Yeni İnkişaf Bankı Özbəkistanla ilk kredit müqaviləsini imzalayıb.
Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bank Özbəkistana aşağı karbonlu enerji inkişafı üçün 300 milyon dollar kredit ayıracaq.
Kredit günəş, külək, su elektrik stansiyası və nüvə enerjisi layihələrini dəstəkləyəcək. Layihə Özbəkistanın artan enerji ehtiyacını ödəməyə, təbii qazdan asılılığı azaltmağa və enerji təhlükəsizliyini artırmağa kömək edəcək.
Qeyd edək ki, Yeni İnkişaf Bankı 2015-ci ildə BRICS ölkələri tərəfindən yaradılıb. Bankın baş ofisi Çinin Şanxay şəhərində yerləşir. Onun məqsədi inkişaf etməkdə olan ölkələrdə infrastruktur və davamlı inkişaf layihələrini maliyyələşdirməkdir. Özbəkistan Mərkəzi Asiyada Yeni İnkişaf Bankına qoşulan ilk ölkə olub.
Gülşən Şərif
