Tuba Büyüküstünün makiyajsız görüntüləri diqqət çəkdi – FOTO


Türkiyəli aktrisa Tuba Büyüküstün bu dəfə sosial şəbəkədə paylaşdığı təbii görüntüləri ilə gündəmə gəlib.
Demokrat.az xəbər verir ki, "Çemberimde Gül Oya", "Babam ve Oğlum", "Kara Para Aşk" və "Zeytin Ağacı" kimi ekran işlərindən tanınan aktrisa şəxsi "Instagram" hesabında makiyajsız fotolarını paylaşıb.
Sosial şəbəkədə 6,2 milyon izləyicisi olan sənətçinin təbii görünüşü izləyicilərinin marağına səbəb olub. Paylaşımlar qısa müddətdə çoxsaylı bəyənmə və şərhlər toplayıb.
İzləyiciləri aktrisanın görüntülərinə münasibət bildirərək onu "Dünya gözəli", "Hər zaman qüsursuz" və "Möhtəşəm" kimi ifadələrlə tərifləyiblər.
Qeyd edək ki, Tuba Büyüküstün aktyorluq fəaliyyəti ilə yanaşı, geyim tərzi və sosial şəbəkədəki paylaşımları ilə də tez-tez gündəmə gəlir.
