Gəncədə "Kəpəz"lə "Qarabağ"ın futbol şousunu izləyəcəyik


Misli Premyer Liqasının 12-ci turunda "Kəpəz" doğma meydanda "Qarabağ"ı qəbul edəcək.
Görüşə böyük azarkeş marağının olacağı gözlənilir. Buna əsas səbəb həm komandalar arasındakı xal fərqi, həm də klubların son oyunlarında qeydə alınan nəticələrdir.
Belə ki, hazırda "köhlən atlar" 19 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb. Ağdam təmsilçisi liderlər qrupundan uzaqlaşmamaq üçün oyuna ciddi hazırlaşacaq.
"Sarı-göylər" isə 17 xalla altıncıdır. Meydan sahibləri qalib gələrsə, Ağdam klubunu geridə qoyacaq. Ötən mövsümkü son iki dueldə "Kəpəz"in qələbə qazanıb. "Qarabağ"ın hazırkı nəticələrini də nəzərə alsaq, "Kəpəz"in bu görüşdə asan təslim olmayacağını söyləyə bilərik. "Sarı-göylər"ın doğma meydanda fərqli motivasiya ilə oynadığı hamıya bəllidir.
Bilet satışının ilk günündə rekord nəticənin qeydə alınması da təsadüfi deyil. 15363 nəfərlik tutuma malik olan Gəncə şəhər stadionunda artıq 8400 azarkeş birinci satış günündən oyun üçün öz yerini alıb. "Qarabağ" fanatları da stadionda öz yerlərini alacaq. Yayılan məlumata görə, Ağdam klubu Gəncə rəhbərliyindən 3000 bilet tələb edib. Bu, o deməkdir ki, həm "Kəpəz"ə, həm də "Qarabağ" oyunda böyük dəstək olacaq.
Rəqəmlərdən də göründüyü kimi meydanda və tribunalarda böyük derbi atmosferi yaşanacaq.