Futzal liqalarının püşkü atılıb


Şriftin ölçüsü:
19.11.2026 17:16
Futzal üzrə Azərbaycan Yüksək və Birinci Liqalarında 2026/2027 mövsümünün püşkü atılıb.
Futbolxeber.az saytının məlumatına görə, tədbir çərçivəsində futzalın yeni loqosu təqdim olunub.
Mərasimdə AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva, baş katib Cahangir Fərəcullayev, qurumun rəsmiləri, futzal və futbol ictimaiyyətinin nümayəndələri, eləcə də media təmsilçiləri iştirak ediblər.
Qaydalara əsasən, Yüksək Liqanın birinci mərhələsinin yekununda ilk 6 yeri tutan komandalar Çempionlar qrupunda, 7-10-cu pillələrdə qərarlaşan kollektivlər isə Prestij qrupunda mübarizəni davam etdirəcəklər. Çempionlar qrupunun qalibi mövsümün çempionu olacaq. Prestij qrupunu sonuncu pillədə başa vuran komanda Birinci Liqaya düşəcək, 9-cu yeri tutan kollektiv isə həmin liqanın ikincisi ilə pley-off qarşılaşmasında üz-üzə gələcək.
Ardınca püşkatma mərasimi keçirilib. Hər iki liqada I turun oyunlarının təqvimi müəyyənləşib.
Yüksək Liqa
I tur
"Marafon" - "Şuşa"
"İmişli" - "Xankəndi"
"Baku Fire" - "Atidel Ordubad"
"Yasamal Bakı" - "Araz-Naxçıvan"
"Rəvan" - "Neftçi İK"
Birinci Liqa
"Ulduz Bakı" - "Baku Fire-1"
"MC Finans" - "Metropoliten Bakı"
"Star Kargo" - "Neftçala"
"Bakı" - "İçərişəhər Bakı"
"Xəzər" - "Xan Lənkəran"
Qeyd edək ki, "Timsport" komandası ilk turu buraxacaq. Qarşıdakı mövsümdə Yüksək Liqada 10, Birinci Liqada isə 11 komanda mübarizə aparacaq.
Dərc vaxtına görə
Futbolxəbər.azoxuduğunuz
Futzal liqalarının püşkü atılıb