Xalq Bankın layihəsində tanınmış heykəltəraşın yaradıcılığı təqdim olundu


18 mənbə əsasında
Xalq Bankın təşkil etdiyi layihə çərçivəsində Azərbaycan heykəltəraşlıq məktəbinin nümayəndəsi Fuad Əbdürrəhmanovun həyat və yaradıcılığına həsr olunan yeni bədii albom oxuculara təqdim edilib. Noyabrın 18-də baş tutan tədbirdə tanınmış rəssamlar, ziyalılar və incəsənət ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Təqdim edilən nəşr sənətkarın zəngin irsini və keçdiyi yaradıcılıq yolunu əhatə edir.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
® Fuad Əbdürrəhmanov “Xalq Əmanəti” layihəsinin 27-ci nəşrində
“Xalq Bank”ın təqdim etdiyi “Xalq Əmanəti” layihəsinin 27-ci nəşri Azərbaycan heykəltaraşlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Azərbaycan SSR Xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, iki dəfə Stalin mükafatı laureatı Fuad Əbdürrəhmanovun həyat və yaradıcılığına həsr olunmuş “Fuad Əbdürrəhmanov. Heykəltaraşlıq” adlı bədii albomdur. Noyabrın 18-də görkəmli rəssamların, ziyalıların, heykəltaraşların və incəsənət ictimaiyyətinin digər nümayəndələrinin iştirakı ilə nəşrin təqdimat mərasimi keçirilib.Azərbaycan monumental heykəltaraşlıq sənətinin inkişafında mühüm rol oynamış Fuad Əbdürrəhmanov 1915-ci il mayın 11-də Nuxada (indiki Şəki şəhəri) anadan olub. Onun rəsm çəkmək istedadını ilk kəşf edən rəsm müəllimi Perov olub. Gənc Fuadın yaradıcılıq potensialını görən müəllimi onun istedadının inkişafı üçün ailəsinin Bakıya köçməsini tövsiyə edir. Beləliklə, 1929-cu ilin yayında Əbdürrəhmanovlar ailəsi Bakıya köçür və bu hadisə gələcək sənətkarın peşəkar yaradıcılıq yolunda mühüm mərhələnin başlanğıcı olur.Fuad Əbdürrəhmanov ilk peşəkar təhsilini Azərbaycan Bədii Texnikumunda (indiki Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi) alıb. Sonra müəllimlərinin tövsiyəsi ilə təhsilini Leninqradda (indiki Sankt-Peterburq) İ.Y.Repin adına Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda davam etdirib. Məhz bu illərdə onun sənətkarlıq bacarıqları formalaşmağa başlanıb.Sənətkarın zəngin yaradıcılığında Azərbaycan tarixinin, ədəbiyyatının və mədəniyyətinin görkəmli şəxsiyyətlərinin obrazları xüsusi yer tutur. Nizami Gəncəvinin Bakıda və Gəncədə ucaldılmış abidələri, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin eyvanını bəzəyən Məhəmməd Füzulinin heykəli, Səməd Vurğunun abidəsi, paytaxtın memarlıq və bədii rəmzlərindən birinə çevrilmiş “Azad qadın” heykəli, eləcə də sənətkarın yaxın dostu, əfsanəvi kəşfiyyatçı Mehdi Hüseynzadəyə həsr etdiyi monumental əsər onun yaradıcılığının diqqətəlayiq nümunələrindəndir.Fuad Əbdürrəhmanovun sənət irsi A
Tam oxu AZƏRTAC saytındaDərc vaxtına görə
