“Yuventus” “Marsel”in futbolçusunu transfer etmək istəyir


İtaliyanın “Yuventus” klubu Fransanın “Marsel” komandasında çıxış edən yarımmüdafiəçi Pyer-Emil Höybyerqin transferi ilə maraqlanır.
90deqiqe.Az xəbər verir ki, Turin təmsilçisi qış transfer pəncərəsində 31 yaşlı futbolçunu icarəyə götürmək imkanını nəzərdən keçirir. Bu barədə “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.
Bildirilir ki, Khephren Türam və Manuel Lokatellinin uzunmüddətli zədələri səbəbindən “Yuventus”un yarımmüdafiə xəttində ciddi kadr çatışmazlığı yaranıb. Bu səbəbdən baş məşqçi Luçano Spaletti əvvəllər satışa çıxarılması nəzərdən keçirilən Teun Kopmeyners və Duqlas Luisə güvənməli olur.
Mənbənin məlumatına görə, Turin klubu Höybyerqi satınalma hüququ ilə icarəyə götürmək niyyətindədir. Mümkün müqavilədə futbolçunun transfer hüququnun təxminən 15 milyon avroya alınması şərtinin yer alması planlaşdırılır.
Lakin “Marsel”lə razılıq əldə etmək asan olmayacaq. Belə ki, Fransa klubu maliyyə qaydalarına uyğunluqla bağlı problemlər səbəbindən büdcəsini gücləndirməyə çalışır.