Xalq Bankın layihəsində tanınmış heykəltəraşın yaradıcılığı təqdim olundu


18 mənbə əsasında
Xalq Bankın təşkil etdiyi layihə çərçivəsində Azərbaycan heykəltəraşlıq məktəbinin nümayəndəsi Fuad Əbdürrəhmanovun həyat və yaradıcılığına həsr olunan yeni bədii albom oxuculara təqdim edilib. Noyabrın 18-də baş tutan tədbirdə tanınmış rəssamlar, ziyalılar və incəsənət ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Təqdim edilən nəşr sənətkarın zəngin irsini və keçdiyi yaradıcılıq yolunu əhatə edir.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində - FOTO
Xalq Bankın təqdim etdiyi “Xalq Əmanəti” layihəsinin 27-ci nəşri Azərbaycan heykəltəraşlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Azərbaycan SSR Xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, iki dəfə Stalin mükafatı laureatı Fuad Əbdürrəhmanovun həyat və yaradıcılığına həsr olunmuş “Fuad Əbdürrəhmanov. Heykəltəraşlıq” adlı bədii albomudur. Noyabrın 18-də görkəmli rəssamların, ziyalıların, heykəltəraşların və incəsənət ictimaiyyətinin digər nümayəndələrinin iştirakı ilə nəşrin təqdimat mərasimi keçirilib. Azərbaycan monumental heykəltəraşlıq sənətinin inkişafında mühüm rol oynamış Fuad Əbdürrəhmanov 11 may 1915-ci ildə Nuxada (indiki Şəki şəhəri) anadan olub. Onun rəsmə olan istedadını ilk kəşf edən rəsm müəllimi Perov olub. Gənc Fuadın yaradıcılıq potensialını görən müəllimi onun istedadının inkişafı üçün ailəsinin Bakıya köçməsini tövsiyə edir. Beləliklə, 1929-cu ilin yayında Əbdürrəhmanovlar ailəsi Bakıya köçür və bu hadisə gələcək sənətkarın peşəkar yaradıcılıq yolunda mühüm mərhələnin başlanğıcı olur. Fuad Əbdürrəhmanov ilk peşəkar təhsilini Azərbaycan Bədii Texnikumunda (indiki Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi) alıb. Daha sonra müəllimlərinin tövsiyəsi ilə təhsilini Leninqradda (indiki Sankt-Peterburq) İ.Y. Repin adına Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda davam etdirib. Məhz bu illərdə onun sənətkarlıq bacarıqları formalaşmağa başlanıb. Sənətkarın zəngin yaradıcılığında Azərbaycan tarixinin, ədəbiyyatının və mədəniyyətinin görkəmli şəxsiyyətlərinin obrazları xüsusi yer tutur. Bakıda və Gəncədə ucaldılmış Nizami Gəncəvinin abidələri, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin eyvanını bəzəyən Məhəmməd Füzulinin heykəli, Səməd Vurğunun abidəsi, paytaxtın memarlıq və bədii simvollarından birinə çevrilmiş “Azad qadın” heykəli, eləcə də sənətkarın yaxın dostu, əfsanəvi kəşfiyyatçı Mehdi Hüseynzadəyə həsr etdiyi monumental əsər onun yaradıcılığının diqqətəlayiq nümunələrindəndir. Fuad Əbdürrəhmanovun sənət
Tam oxu Hit.az saytındaDərc vaxtına görə
