Fransanın nüfuzuna ağır zərbə: Makronun birlik çağırışı nəticəsiz qalır? - Foto


Beynəlxalq Frankofoniya Təşkilatının (OIF) noyabrın 15-də başlayan 20-ci sammiti Afrika qitəsindəki siyasi ziddiyyətlərin beynəlxalq platformalara necə daşındığını bir daha nümayiş etdirib. Kambocanın paytaxtı Pnompendə keçirilən sammitdə Fransa Prezidenti Emmanuel Makronun birlik və konsensus çağırışları, əslində, təşkilat daxilində dərinləşən fikir ayrılıqlarının və xüsusilə Konqo Demokratik Respublikası ilə Ruanda arasında yaranmış qarşıdurmanın fonunda səslənib. Sammitin əsas müzakirə mövzularından biri OIF-in baş katibi vəzifəsinə yeni namizədin seçilməsi olub. Lakin bu məsələ sadəcə təşkilati rəhbərliyin müəyyənləşdirilməsi ilə məhdudlaşmayıb. Seçki prosesi iki Afrika ölkəsi - Konqo Demokratik Respublikası və Ruanda arasında mövcud olan siyasi gərginliyin növbəti müstəviyə daşınmasına səbəb olub. Nəticədə Frankofoniya sammiti ortaq dəyərlərin deyil, siyasi rəqabətin və diplomatik hesablaşmaların ön plana çıxdığı platformaya çevrilib.
Bu xəbərin tam mətnini mənbədən almaq alınmadı.
Orijinalı Oxu.az saytında1 mənbə
