58 il dost qalıb 75 yaşında evləndilər


Türkiyədə 58 il dost olan kişi ilə qadın 75 yaşında evləniblər.
Xitab24.az-ın məlumatına görə, onların nikah mərasimi İstanbulun Tuzla rayonunda qeydə alınıb.
Hər iki şəxs həyat yoldaşlarını itirdikdən sonra bu qərara gəldiyini açıqlayıblar.
Qeyd edək ki, Servet Erkenez və Kamil Yıldırım cütlüyün tanışlığı məktəb illərinə dayanır.