Ceffri Saks: Putin, Tramp və Si Cinpin BMT islahatlarının əsasını qoydu


Rusiya, Çin və ABŞ liderlərinin Şençjendə keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutan üçtərəfli görüşü BMT-nin islahatı üçün mühüm zəmin yaradıb.
Çağdaş.Az xəbər verir ki, bu fikri Ceffri Saks TASS agentliyinə APEC sammitinin yekunlarına dair müsahibəsində səsləndirib.
Kolumbiya Universitetinin Davamlı İnkişaf Mərkəzinin direktoru olan Saks görüşü “tarixi və son dərəcə müsbət hadisə” kimi qiymətləndirib.
“Bu, üç liderin ilk birgə sammiti idi və ümid edirəm ki, qəbul edilən ‘Sülh Bəyannaməsi’ böyük dövlətlər arasında əməkdaşlığın yeni mərhələsinin başlanğıcı olacaq. Bu, BMT-ni yaradan Franklin D. Rooseveltin ilkin baxışına uyğun gəlir”, – deyə o bildirib.
Ekspertin sözlərinə görə, Ruzvelt dünya hökumətinin yaradılmasını deyil, ABŞ, Böyük Britaniya, Sovet İttifaqı və Çinin daimi məsləhətləşmələr yolu ilə beynəlxalq sülhü qoruduğu sistemi dəstəkləyirdi.
Saks qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri və veto mexanizmi məhz bu ideyanın təcəssümüdür.
“Şençjendə Rusiya, Çin və ABŞ liderləri BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi təşkilatın beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsi üzrə əsas missiyasını daha səmərəli yerinə yetirməsi üçün islahatların aparılmasına sadiqlik nümayiş etdirdilər”, – deyə o əlavə edib.
1 mənbə
