Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 10 nəfər saxlanılıb


DÜNYA
22 Noyabr 2026 | 13:24 | Müəllif: Günəş Mərd
Türkiyənin Antalya şəhərində yerləşən Kəpəz Bələdiyyəsində polis əməliyyatı keçirilib.
Bakıvaxtı.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, məlumata görə, səhər saatlarında baş tutan əməliyyat zamanı bələdiyyənin bürokratları və əməkdaşları da daxil olmaqla, 10 nəfər saxlanılıb.
Onların bir qisminin yaşadıqları ünvanlardan götürüldüyü bildirilir.
Saxlanılanlar arasında Kəpəz Bələdiyyəsinin sədri Mesut Kocagözün olmadığı qeyd edilib.
Səlahiyyətli qurumlar əməliyyatın davam etdiyini və saxlanılanların sayının arta biləcəyini bildiriblər.