Əziz Şuşa, sən azadsan!!!

4 dəq oxu
Xəbər
05 noyabr 2026 12:10
900
Müzəffər Ali Baş Komandanın xalqa bu möhtəşəm müjdəsii 27 illik həsrətə son qoyan təntənənin ifadəsi idi
8 Noyabr -Şuşa Şəhəri Günüdür.Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsinin ən şanlı səhifələrindən biri məhz Şuşa şəhərinin 27 illik azad edilməsidir.
Müharibənin davam etdiyi 44 gün ərzində qəhrəman ordumuz şərəfli döyüş yolu keçərək Şuşaya doğru dayanmadan, inamla irəlilədi və bir vaxtlar xəyal kimi görünən arzumuz noyabrın 8-də reallaşdı. İgid əsgər və zabitlərimiz uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək, əsl qəhrəmanlıq, mərdlik, rəşadət nümunəsi göstərərək Şuşa şəhərini işğaldan azad etdi. Həmin gün Müzəffər Ali Baş Komandanımız, Azərbaycan Prezidenti İlham Əliyev xalqımızı, xaricdə yaşayan soydaşlarımıza qürurverici və möhtəşəm bir müjdə verdi: «Əziz Şuşa, sən azadsan!!! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Qarabağ bizimdir! QARABAĞ AZƏRBAYCANDIR!»
Bu möhtəşəm Qələbə Prezident İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi: Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı Şuşa şəhərində üçrəngli Bayrağımızı ucaltdı.
Xatırladaq ki, Şuşa 1930-cu ildə inzibati rayon statusu alıb. Dəniz səviyyəsindən 1300-1600 metr yüksəklikdə yerləşən Şuşa və ətrafındakı dağlıq ərazi Qarabağ bölgəsindəki ən strateji əhəmiyyətli yerlərdən biridir. Şəhər Cənubi Qafqazda yerləşən Qarabağ regionunun ikinci ən böyük şəhəridir. Xankəndi şəhərinə gedən Laçın dəhlizi də buradan keçir. 289 kvadratkilometr ərazisi, 1 şəhər və 30 kənddən ibarət olan Şuşa 1992 -ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Həmin dövrdə Şuşanın 24 min nəfər əhalisi vardı. Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 nəfər soydaşımız şəhid olub, 165 nəfər yaralanıb, 58 nəfər əsir düşüb və girov götürülüb. Azərbaycanın qədim musiqi və mədəniyyət mərkəzi olan Şuşa şəhərini ələ keçirməklə Ermənistan ordusu tərəfindən bütün Yuxarı Qarabağ zəbt olunmuşdu. Ermənilərin təcavüzü nəticəsində Şuşanın 25 məktəbi, 31 kitabxanası, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət və istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxanası, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq sağlamlıq məktəbi talan edilib, yandırılıb və dağıdılıb. Bununla yanaşı, işğala qədər Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə var idi.
Mənbə
1 mənbə



