"Qarabağ"la qarşılaşacaq "Kəpəz"in heyətində son durum bəllidir


Misli Premyer Liqasının (MPL) 12-ci turu çərçivəsində "Qarabağ"la üz-üzə gələcək "Kəpəz"in heyətində son durum bəlli olub.
Bu barədə Fanat.Az-a klubun sözçüsü Aqşin Əliyev məlumat verib:
"Heyətdə zədəli və cəzalı futbolçu yoxdur. Sadəcə Adama Fofananın meydana çıxıb-çıxmayacağı sual altındadır. Oyunçu fərdi məşqlər edir və ola bilər ki, sabah komanda ilə məşq etsin".
Matç noyabrın 22-də baş tutacaq. Görüşün start fiti saat 17:00-da səsləndiriləcək.
Qeyd edək ki, "Kəpəz" turnir cədvəlində 17 xalla 6-cı pillədədir.
Əlisahib İbrahimli