DTX-nın rəis müavini: Beynəlxalq qərarlar texnoloji şirkətlərin ofislərində qəbul edilir


Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəis müavini Həsən Mansurov bildirib ki, son zamanlar beynəlxalq aləmdə bir çox mühüm qərarlar texnoloji şirkətlərin ofislərində qəbul edilir.
Xeberler.az bildirir ki, bunu Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəis müavini Həsən Mansurov bu gün Bakıda keçirilən Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda (ICCD 2026) çıxışı zamanı deyib.
O qeyd edib ki, kiber və texnoloji imkanlar artıq geosiyasi təzyiq vasitəsinə çevrilib.
H.Mansurov vurğulayıb ki, həm BMT-nin, həm də Avropa Şurasının kibercinayətkarlığa qarşı konvensiyalarını ratifikasiya etmiş yeganə dövlət Azərbaycandır.
DTX rəis müavininin sözlərinə görə, bu gün kiberməkanda əsas problem qaydaların çatışmazlığından daha çox onların icrası ilə bağlıdır.
1 mənbə