Ermənistanda dərc olunan yeni Konstitusiya layihəsində Müstəqillik Bəyannaməsinə istinad yoxdur


47 mənbə əsasında
Ermənistan mediasının yaydığı məlumatlara görə, ölkədə yeni Konstitusiya layihəsi ictimaiyyətə təqdim olunub və sənəddə 89 maddə yer alıb. Dərc olunan layihənin mətnində Müstəqillik Bəyannaməsinə heç bir istinadın edilmədiyi bildirilib. Qeyd olunan Bəyannamədə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını əks etdirən müddəalar mövcuddur. Rəsmi Bakı İrəvanla yekun sülh sazişinin imzalanması üçün həmin istinadın çıxarılmasını əsas şərtlərdən biri kimi irəli sürmüşdü.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Ermənistanın yeni Konstitusiya layihəsində Müstəqillik Bəyannaməsinə istinad çıxarıldı
Ermənistanın Baş naziri Nikol Paşinyan sosial media səhifəsində Ermənistan Respublikasının yeni Konstitusiyasının layihəsi barədə paylaşım edib. Tiraj.az xəbər verir ki, bu barədə news.am saytı məlumat yayıb. "Əziz xalqım, əziz Ermənistan Respublikasının vətəndaşları! Bu məqsədlə xüsusi olaraq yaradılmış veb saytında Ermənistan Respublikasının yeni Konstitusiyasının layihəsini təqdim etməkdən məmnunam. Veb sayt hər bir vətəndaşın yeni Konstitusiyanın layihəsini oxuması və təkliflərini verməsi üçün mümkün qədər rahat şəkildə yaradılıb. Saat 10:00-da canlı yayımda çıxış edəcəyəm". Məlumata görə, mətndə Müstəqillik Bəyannaməsinə istinad yoxdur. Sənəd 89 maddədən ibarətdir. Qeyd edək ki, bu, Ermənistanla sülh sazişinin imzalanması üçün Azərbaycanın son şərtidir.
Tam oxu Tiraj.az saytındaDərc vaxtına görə
Tiraj.azoxuduğunuz
Ermənistanın yeni Konstitusiya layihəsində Müstəqillik Bəyannaməsinə istinad çıxarıldı
