Ermənistanda dərc olunan yeni Konstitusiya layihəsində Müstəqillik Bəyannaməsinə istinad yoxdur


47 mənbə əsasında
Ermənistan mediasının yaydığı məlumatlara görə, ölkədə yeni Konstitusiya layihəsi ictimaiyyətə təqdim olunub və sənəddə 89 maddə yer alıb. Dərc olunan layihənin mətnində Müstəqillik Bəyannaməsinə heç bir istinadın edilmədiyi bildirilib. Qeyd olunan Bəyannamədə Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını əks etdirən müddəalar mövcuddur. Rəsmi Bakı İrəvanla yekun sülh sazişinin imzalanması üçün həmin istinadın çıxarılmasını əsas şərtlərdən biri kimi irəli sürmüşdü.
Xülasəni süni intellekt aşağıdakı mənbələrin yazılarına əsasən hazırlayıb. Dəqiq ifadələr üçün orijinal mətnlərə baxın.
Ermənistanın yeni konstitusiyasında Azərbaycanla bağlı nələr dəyişir?
Ermənistanda yeni konstitusiya layihəsi dərc olunub və mətndə Müstəqillik Bəyannaməsinə heç bir istinad öz əksini tapmayıb. Layihədə, həmçinin vurğulanır ki, konstitusiya daxili və xarici münasibətlərin əsas prinsiplərinə dair kollektiv bir razılaşmadır. Qeyd edək ki, sənədin ictimai müzakirəyə çıxarılması ölkənin daxili siyasi gündəliyində mühüm hadisə olmaqla yanaşı, Azərbaycan-Ermənistan münasibətlərində yekun sülhün əldə olunması baxımından da diqqət çəkir. Çünki Bakı ilə İrəvan arasında paraflanmış sülh sazişinin imzalanması üçün əsas şərtlərdən biri Ermənistan konstitusiyasındakı mübahisəli müddəaların, daha dəqiq desək, Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən bəndlərin çıxarılması ilə bağlıdır. Ermənistanın 1990-cı ildə qəbul etdiyi Müstəqillik Bəyannaməsi 12 bənddən ibarətdir. Sənəddə həm Türkiyəyə, həm də Azərbaycana ərazi iddiaları var. Bəyannamə 1989-cu ildə Ermənistan SSR ilə artıq ləğv edilən Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsini, "1915-ci ildə Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda gerçəkləşən "soyqırımı"nın tanınması"nı dəstəkləyir. Ermənilər "Qərbi Ermənistan" dedikdə, Türkiyə Respublikasına, "Dağlıq Qarabağ Muxtar Vilayətinin birləşdirilməsi" dedikdə, Azərbaycana qarşı ərazi iddiaları irəli sürürdülər. Ermənistanın qüvvədə olan konstitusiyasının həmin bəyannaməyə istinadı da hər iki ölkəyə qarşı ərazi iddiasının davam etməsi deməkdir. Ermənistanda yeni konstitusiya layihəsində Müstəqillik Bəyannaməsinə istinad edilməməsi, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından imtina anlamına gəlir. Konstitusiya layihəsi qəbul edilsə, bu iddialar rəsmən aradan qaldırılacaq. Həmçinin, konstitusiyanın 21-ci maddəsində ölkənin dövlət rəmzləri (bayraq, gerb, himn) təsvir olunur. Həmin maddəyə və "Dövlət gerbi haqqında" Qanuna əsasən, Ermənistanın rəsmi gerbinin mərkəzində Türkiyə ərazisində yerləşən Ağrı dağının təsviri həkk olunub. Bu detal da dövlət səviyyəsində Türkiyə ərazisinə tarixi-simvolik iddia kimi mübahisə predmetidir. Ye
Tam oxu Media Xəbərləri saytındaDərc vaxtına görə
Media Xəbərlərioxuduğunuz
Ermənistanın yeni konstitusiyasında Azərbaycanla bağlı nələr dəyişir?

Report+1 mənbə