Ermənistanda 2027-ci ilin qış çağırışı və tərxis müddətləri açıqlanıb


Ermənistan Silahlı Qüvvələrinin komplektləşdirilməsi məqsədilə 2027-ci ilin qış çağırışı yanvarın 7-dən fevralın 12-dək, müddətli hərbi xidmətini başa vurmuş hərbi qulluqçuların tərxisi isə yanvarın 7-dən 31-dək keçiriləcək.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin noyabrın 19-da keçiriləcək iclasının gündəliyinə daxil edilmiş qərar layihəsində bildirilib.
Məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin komplektləşdirilməsi məqsədilə 2027-ci ilin qış çağırışının yanvarın 7-dən fevralın 12-dək keçirilməsi nəzərdə tutulur.
Müddətli həqiqi hərbi xidmətini başa vurmuş hərbi qulluqçuların tərxisi isə 2027-ci il yanvarın 7-dən yanvarın 31-dək, həmin tarix də daxil olmaqla, həyata keçiriləcək.
Qərar layihəsində qeyd olunur ki, Silahlı Qüvvələrin çağırış çərçivəsində komplektləşdirilməsi üçün nəzərdə tutulan müddət 2027-ci il yanvarın 7-dən fevralın 12-dək müəyyən ediləcək. Müddətli hərbi xidmətini başa vurmuş hərbi qulluqçuların tərxisi isə yanvarın 7-dən 31-dək həyata keçiriləcək.
Müvafiq qərar layihəsi Ermənistan hökumətinin noyabrın 19-na təyin edilmiş iclasının gündəliyinə daxil edilib.
Alpər Mövludoğlu Ordu.az
Dərc vaxtına görə
Report+1 mənbə