Ermənistanda müddətli həqiqi hərbi xidmətə qış çağırışının və tərxisin müddətləri müəyyən edilib


Ermənistan hökumətinin qərarına əsasən, qış çağırışı 2027-ci il yanvarın 7-dən fevralın 12-dək, xidmət müddətini başa vuran hərbi qulluqçuların tərxisi isə yanvarın 7-dən 31-dək keçiriləcək.
Ordu.az Ermınistan KİV-lərinə istinadən xəbər verir ki, müvafiq qərar Ermənistan hökumətinin noyabrın 19-da keçirilən iclasında qəbul edilib.
Müddətli həqiqi hərbi xidmətə qış çağırışı 2027-ci il yanvarın 7-dən fevralın 12-dək keçiriləcək.
Müddətli həqiqi hərbi xidmətini başa vuran hərbi qulluqçuların tərxisi isə 2027-ci il yanvarın 7-dən 31-dək həyata keçiriləcək.
Alpər Mövludoğlu Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Dərc vaxtına görə