Ermənistan və İran arasında əldə olunan razılaşmaların icrası müzakirə edilib


Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan İrana rəsmi işgüzar səfər reallaşdırıb.
Army.az xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Səfər zamanı erməni nazir İranın neft naziri vəzifəsini icra edən Həmid Bovardla bir araya gəlib. Görüşdə Ermənistanla İran arasında uzun müddətdir mövcud olan əməkdaşlıq əlaqələri müzakirə edilib. Xudatyan xüsusilə enerji və infrastruktur istiqamətlərində formalaşmış tərəfdaşlığın əhəmiyyətini vurğulayıb.
İşgüzar səfər çərçivəsində Xudatyan İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi ilə də danışıqlar aparıb.
Tərəflər ötən həftə İrəvanda baş tutan Ermənistan-İran Hökumətlərarası Komissiyasının toplantısının yekunlarını müsbət qiymətləndiriblər. Həmçinin iclas zamanı əldə olunmuş razılaşmaların və imzalanan anlaşma memorandumunun praktiki icrasının vacibliyinə diqqət çəkilib.
Vitse-prezidentlə keçirilən görüşdə iki ölkə arasında enerji sektorunda əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri də müzakirə mövzusu olub.
Sizə maraqlı ola bilər
Paşinyan izləyicilərinə müraciət etdi: “İndi mən nə edim?”
Rütte bütün rəqəmləri açıqladı: Vaşinqtona Avropadan görünməmiş hərbi dəstək
Ərdoğana qarşı sui-qəsdin detalları: xüsusi xidmətlər şübhəli məqamları aşkarlayıb
Atəşkəsdən sonra yeni mərhələ: Hörmüzdə nə baş verir?
Post Views: 54
1 mənbə