Ermənistan ordusunda ölən hərbçi ilə bağlı yeni detallar məlum olub


Ermənistanın Zod hərbi hissəsində ölü tapılan hərbçinin Göyçə vilayətinin Qavar yaşayış məntəqəsindən olan Narek Badalyan olduğu bildirilir.
Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, 19 yaşlı Narek Badalyan bir il əvvəl hərbi xidmətə çağırılıb, altı ay xidmət etdikdən sonra müqavilə əsasında hərbi xidmətə keçib.
Ailəni tanıyan Qavar sakinlərindən biri hərbçi barədə danışarkən onun böyük qardaşı və anası ilə yaşadığını bildirib.
“Çox yaxşı oğlan idi, böyük qardaşı və anası ilə yaşayırdı. Hamımız üçün dəhşətli itkidir, baş verənlərdən sarsılmışıq, hələ də özümüzə gələ bilmirik”, - deyə həmin şəxs bildirib.
Qeyd edək ki, Narek Badalyan Zod hərbi hissəsində ölü tapılıb. İlkin məlumata görə, erməni hərbçi öz başına atəş açıb.
Alpər Mövludoğlu Ordu.az