Lənkəranda zəncirvari qəza iki kəndi işıqsız qoyub

1 dəq oxu
Xəbər
Lənkəran rayonunda dörd nəqliyyat vasitəsinin iştirakı ilə baş verən zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində iki kəndin elektrik enerjisi təchizatında fasilə yaranıb.
Cənub Media xəbər verir ki, qəza Lənkəran–Boradigah–Masallı avtomobil yolunun Separadi kəndi ərazisində qeydə alınıb.
Belə ki, Şağlaser kənd sakini, 2008-ci il təvəllüdlü Mirmehdi Hüseynovun idarə etdiyi “Qazel” markalı nəqliyyat vasitəsi hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarında hərəkətsiz dayanan Zövlə kənd sakini, 1985-ci il təvəllüdlü Elvin Şəfiyevə məxsus “Mercedes” markalı avtomobilə çırpılıb.
Zərbənin təsirindən “Qazel” daha sonra Zövlə kənd sakini, 1970-ci il təvəllüdlü Elvar Salayevin idarə etdiyi “VAZ-21099” markalı avtomobilə, eləcə də marketin qarşısında dayanmış Separadi kənd sakini, 2004-cü il təvəllüdlü Cavid Əzimzadəyə məxsus “VAZ-2106” markalı nəqliyyat vasitəsinə çırpılıb. Bundan sonra yük avtomobili yol kənarındakı beton elektrik dirəyinə dəyib.
Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Elektrik dirəyinin zədələnməsi səbəbindən Separadi və Zövlə kəndlərinin ümumilikdə 6 minə yaxın sakini işıqsız qalıb.
İlkin məlumata görə, hadisəyə “Qazel” markalı nəqliyyat vasitəsinin sürücüsünün ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Cənub Media, Lənkəran
Views: 111
Post navigation
Mənbə
1 mənbə
Digər mənbələrdən
Çin PUA istehsalında istifadə olunan mühərriklər, avtopilotlar və radio modulları da daxil olmaqla, bəzi komponentlərin ixracına məhdudiyyət qoyub
“ORDU” klubu CEV Çelenc Kubokunda növbəti mərhələyə yüksəlib - FOTOLAR
Ordu.az+2 mənbə
Ağstafada növbəti monitorinq - Sahibkarlarla görüş oldu - Fotolar
Ömer Çelik: Türkiyə dünya aviasiya tarixində pilotsuz döyüş təyyarəsi əldə edən ilk ölkə olub
Report+5 mənbə



