Elnur Məmmədov: Süni intellekt əsrində beynəlxalq əməkdaşlığı gücləndirməliyik


Digər
19 noyabr, 2026
10:40
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Süni intellekt əsrində beynəlxalq əməkdaşlığı gücləndirməliyik.
"Report" xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Bakıda keçirilən Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfransda (ICCD 2026) deyib.
Onun sözlərinə görə, süni intellekt innovasiya, inkişaf və daha güclü kibermüdafiə üçün qeyri-adi imkanlar təqdim edir.
"Bizim vəzifəmiz riskləri aradan qaldırarkən onun faydalarını əldə etməkdir.
Xüsusilə ciddi çətinliklərdən biri inandırıcı saxta məzmunun, - biz buna "deepfake" deyirik, -adlandırdığımız anlayışın yaradılmasıdır. Yəni bununla səs klonlaşdırıla bilər, video manipulyasiya edilə bilər və bir fikir dövlət rəsmisinə səhvən aid edilə bilər".
Nazir müavini bu xüsusda nümunə misal çəkib.
"2025-ci ilin iyununda süni intellekt tərəfindən yaradılmış səsli mesajlardan istifadə edilən saxta kimliyə bürünmə kampaniyası çərçivəsində üç xarici işlər naziri hədəf alınmışdı.
Bu, kimin danışdığını yoxlamağın rəqəmsal kommunikasiyanın nə üçün vacib bir hissəsinə çevrildiyini göstərir".
Elnur Məmmədov qeyd edib ki, kiberhücumların həyata keçirilmə sürəti dövlətlərin bu hücumlar barədə məlumat mübadiləsi sürətini xeyli üstələməkdədir.
YENİLƏNİR
Dərc vaxtına görə