Putin Rusiyanın süni intellekt sahəsindəki üstünlüyündən danışdı


BAKI, 19 noyabr. TELEQRAF
"Dinc atom və nüvə texnologiyalarının inkişafındakı liderliyimiz süni intellekt sahəsində bizim əsas üstünlüyümüzdür".
Teleqraf "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
O qeyd edib ki, süni intellekt və data-mərkəzlərlə bağlı layihələrin həyata keçirilməsi üçün böyük həcmdə enerji tələb olunur. Onun sözlərinə görə, Rusiyanın həm nəhəng karbohidrogen ehtiyatları, həm də hidroenergetika və bərpa olunan enerji mənbələri sahəsində geniş imkanları var.
"Biz süni intellekti inkişaf etdirmək istəyən bir çox ölkələr üçün yaxşı tərəfdaşıq. Əslində isə demək olar ki, hamı bunu istəyir".