"Duzdağ Müalicə Mərkəzi" MMC-nin vergi borcu 59 min manatı ötdü


Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının tabeliyində fəaliyyət göstərən "Duzdağ Müalicə Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan vergi borcu daha da artıb.
32gun.az-ın əldə etdiyi xəbərə görə, müəssisənin hazırkı vergi borcu 59.216,87 AZN (59 min 216 manatdan çox) təşkil edir.
Dövlət qeydiyyatı göstəricilərinə əsasən, Naxçıvan şəhəri, Atatürk küçəsi, ev 30 ünvanında hüquqi qeydiyyatda olan MMC-nin nizamnamə kapitalı 100 AZN, qanuni təmsilçisi isə Ceyhun İmran oğlu Məmmədovdur.
Qeyd edək ki, Ceyhun Məmmədov 28 iyul 2026-cı il tarixindən mərkəzə rəhbərlik edir. Ondan öncə isə müəssisənin rəhbəri Rövnəq Şəmsəddin oğlu Xəlilov olub.
Nilay
