Neftçalada Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirildi - FOTOLAR


Noyabrın 17-də “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin Neftçala rayonunda icrasının təmin edilməsi istiqamətində görülən tədbirlərlə bağlı Rayon İcra Hakimiyyətinin inzibati binasında Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Vəfadar Bağırov, Kənd Təsərrüfatı Nazirliyi Balıqçılıq və Akvakultura Mərkəzi Publik Hüquqi şəxsin direktoru Ceyhun Əliyev, Neftçala Rayon İcra Hakimiyyəti başçısının 16 iyul 2026-cı il tarixli 80 nömrəli Sərəncamı ilə yaradılmış Əlaqələndimə Qərargahının üzvləri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin yerli qurumlarının rəhbərlərinin, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə məşğul olan təsərrüfat sahiblərinin, fermerlərin, sahibkarlıq subyeklərinin iştirakı ilə görüş keçirilib. Tədbirin məqsədi, Dövlət Proqramı çərçivəsində irəli sürülmüş təşəbbüslərin Neftçala rayonu üzrə icra vəziyyəti, habelə həyata keçirilən digər tədbirlərə dair məlumatların diqqətə çatdırılması olub.
Giriş nitqi ilə çıxış edən Neftçala Rayon İcra Hakimiyyəti başçısı Mirhəsən Seyidov, Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirəni xatırladaraq ölkədə aqrar sahənin inkişafı, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və kənd təsərrüfatının dayanıqlılığının təmin edilməsi istiqamətində qarşıya qoyulan vəzifələrin əhəmiyyətini vurğulayıb. Mirhəsən Seyidov dövlət başçısının müəyyən etdiyi prioritetlərə uyğun olaraq Neftçala rayonunda görülən işlər barədə məlumat verib. O bildirib ki, rayonda kənd təsərrüfatının inkişafını sürətləndirmək, əkin sahələrindən səmərəli istifadə etmək, məhsuldarlığı artırmaq və mövsümi işləri əlaqələndirmək məqsədilə xüsusi Qərargah yaradılıb. Qərargah tərəfindən fermerlərin və torpaq mülkiyyətçilərinin qarşılaşdıqları problemlərin operativ həlli istiqamətində addımlar atılır, sahibkarlarla mütəmadi görüşlər keçirilir və rayon üzrə Dövlət Proqramının icrasına dair konkret hədəflər uğurla reallaşdırılır.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Vəfadar Bağırov çıxışında Dövlət Proqramının ölkənin aqrar potensialından maksimum səmərəli istifadə etmək və qlobal çağırışlara cavab vermək məqsədilə hazırlanmış geniş həcmli fəaliyyət planı olduğunu qeyd edib. Vəfadar Bağırov vurğulayıb ki, dövlət başçısı tərəfindən müəyyən edilmiş prioritet istiqamətlər və yeni Dövlət Proqramı kənd təsərrüfatının müasir standartlara uyğun inkişafını, innovativ yanaşmaların tətbiqini və kənd yerlərində məşğulluğun genişləndirilməsini nəzərdə tutur. Natiqlərin sözlərinə görə bu strateji hədəflər zəngin aqrar ənənələrə, əlverişli təbii-iqlim şəraitinə və böyük istehsal potensialına malik Neftçala rayonunda kənd təsərrüfatının rəqabət qabiliyyətinin daha da yüksəldilməsini, aqrar sahibkarlığın genişləndirilməsini və istehsalın keyfiyyətcə yeni mərhələyə keçməsini zəruri edir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Balıqçılıq və Akvakultura Mərkəzi Publik Hüquqi şəxsin direktoru Ceyhun Əliyev çıxışında Dövlət Proqramında daxili bazarın yerli balıq məhsulları ilə təminatının gücləndirilməsi, idxaldan asılılığın minimuma endirilməsi və ixrac potensialının çoxşaxəli inkişafı, balıqçılıqda dayanıqlı inkişafın təmin edilməsi istiqamətində qarşıya qoyulan hədəflər və həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verdi.
Dövlət Proqramının rayon üzrə icrası ilə əlaqədar Neftçala Rayon İcra Hakimiyyəti başçısının 16 iyul 2026-cı il tarixli 80 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “İş Planı”na əsasən görülmüş tədbirlər barədə təqdimat hesabatı yığıncaq iştirakçılarının diqqətinə çatdırıldı. Yığıncaqda iştirak edən fermerlər təklif və fikirlərini qeyd edərək , Dövlət Proqramının icrasında yaxından iştirak edəcəklərini bildirib, nəzərdə tutulan tədbirlərin uğurla reallaşdırılması üçün bütün potensiallarını səfərbər edəcəklərini vurğulayıblar.
Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Vəfadar Bağırov, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Balıqçılıq və Akvakultura Mərkəzi Publik Hüquqi şəxsin direktoru Ceyhun Əliyev, aidiyyəti dövlət qurumlarının yerli rəhbərləri rayonun 3 iri fermer təsərrüfatına baş çəkiblər. Göstərilən diqqət və qayğıya görə dövlət başçısına təşəkkür edən zəhmətkeş fermer və sahibkarlar, kənd təsərrüfatının inkişafına göstərilən davamlı dövlət dəstəyini yüksək qiymətləndirərək, bu sahəyə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Onlar dövlətin qayğısını daim hiss etdiklərini qeyd edərək aqrar sahənin inkişafı naminə bundan sonra da əzmlə çalışacaqlarını bildiriblər.
Dərc vaxtına görə
Faktornews.azoxuduğunuz
Neftçalada Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirildi - FOTOLAR
