NATO yeni nəsil hərbi rabitə strategiyasını açıqlayıb


19 Noyabr 2026 18:46
53
DÜNYA
NATO 5G, 6G və peyk rabitəsi kimi yeni nəsil texnologiyaların hərbi əməliyyatlarda istifadəsini sürətləndirmək məqsədilə ilk “Yeni Nəsil Rabitə Şəbəkələri Strategiyası”nı dərc edib. Alyansın yazılı açıqlamasına görə, iyunda üzv ölkələrin müdafiə nazirləri tərəfindən təsdiqlənən strategiya bu texnologiyaların sınaqdan keçirilməsini, tətbiqini və hərbi əməliyyatlara inteqrasiyasını sürətləndirməyi, eləcə də müdafiə sənayesi ilə əməkdaşlığı genişləndirməyi planlaşdırır.
Anadolu Agentliyinin məlumatına görə, yeni nəsil şəbəkələr dronları aşkar edən sensorların məlumatları müdafiə sistemlərinə ötürməsinə və komandirlərin döyüş meydanından gələn məlumatları süni intellekt dəstəyi ilə təhlil etməsinə imkan yaradacaq. Müxtəlif rabitə sistemlərinin bir-biri ilə uyğun işləməsi, eləcə də kiber və hibrid təhdidlərə qarşı davamlı olması təmin ediləcək. Eyni zamanda NATO etibarsız tədarükçülərin rabitə şəbəkələrinin təhlükəsizliyi üçün risk yaratdığını xüsusi vurğulayıb. Hazırda strategiyanın icrası ilə bağlı yol xəritəsi hazırlanır. Bundan əlavə, Finlandiya və İsveçin birgə həyata keçirdiyi NATO təşəbbüsü çərçivəsində şirkətlərə bu texnologiyaları real əməliyyat şəraitində sınaqdan keçirmək imkanı yaradılır.
Təhminə VERDİYEVA,
“Azərbaycan”
Digər Xəbərlər
Faydalı linklər
ÇOX OXUNANLAR
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
TƏQVİM / ARXİV
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu. Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu. Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir! Hələ də dünyada ədalətsizliklər mövcuddur! Hələ də dünyada ikili standartlar var! Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir! Odur ki, biz daima güclü olmalıyıq. Güclü olmağın əsas şərti isə bizim birliyimizdir! Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq. Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq. Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik. Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir. Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!