Deputat spikerə danışmağa imkan verməməklə bağlı irad tutdu, MARAQLI POLEMİKA YARANDI: "Sİz narahat olmayın mənim emossiyalarımdan..."


SİYASƏT
17.11.2026, 13:02
Milli Məclisdə deputat Səyyad Aran spiker Sahibə Qafarovaya onlara danışmağa imkan verməməklə bağlı irad tutub.
Mia.az xəbər verir ki, Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat çıxış üçün dünənki plenar iclasdakı kimi 10 dəqiqə zaman istəyib.
O bildirib ki, parlament danışmaq üçün məkandır: "Bura Milli Məclisdir, "danışmaqxana"dır. Türkiyədə Böyük Millət Məclisində, Rusiyada danışığa sərhəd qoyulmur. Belə şey olar?!".
Spiker Sahibə Qafarova isə deputata cavabında bildirib ki, çıxış müddətinin 5 dəqiqə olması təklifi səs çoxluğu ilə qəbul edilib: "Birinci danışmaqxana deyil, parlamentdir. Xahiş edirəm, parlament etikasından və leksikasından istifadə edin. Bu bir, ikinci isə təklif olundu ki, reqlament 5 dəqiqə olsun və səs çoxluğu ilə də bu qəbul edildi. Əgər siz çox bir neçə dəqiqə artıq danışmaq istəyirsiniz, buyurun. Deyin ki, mənə bir neçə dəqiqə verin, mən onu sizə verəcəm. Ancaq siz niyə ittihamla başlayırsınız büdcə məsələsinə? Xahiş edirəm, buyurun, nə qədər istəyirsiniz, ürəyiniz nə qədər istəyir danışın".
S.Aran spikerin bu sözlərindən sonra ironiya ilə belə deyib: "Sizin bu şəfqətiniz az qala gözümü yaşardır. Çox sağ olun".
Sahibə Qafarova ona belə cavab verib: "Sİz narahat olmayın mənim emossiyalarımdan. Mən öz emosiyalaırmız cilovlaya bilirəm. Buyurun."
Deputat isə spikerin bu sözünə "Nə isə" deyərək, etinaszız yanaşıb və çıxşını davam etdirib.
F.SƏFƏRLİ
MİA.AZ