Dəmir konstruksiyalı tikili ilə bağlı iki qurumdan fərqli AÇIQLAMA


Əvvəlcə hasarı hündürləşdirdilər, daha sonra isə dəmir konsturksiyalardan qış kafesi tikmək istədilər. Görüntülər Yasamal rayonu Moskva prospekti 75 ünvanındakı "Bəyaz kafe"dəndir. Şəhərin mərkəzi prospektlərindən birində vaxtilə 4.7 sot torpaqda tikilən kafe 100 kvadratmetrlik ərazini əhatə etsə də deyəsən iaişə obyektinin sahibi payızın sonunda qışa hazırlaşmaq qərarına gəlib. Amma, aiddiyyatı qurumlardan xəbərsiz.
“Xəzər Xəbər”in qaynar xəttinə göndərilən görüntünün ardınca ünvana yollandıq. Kafeni əhatə edən hasarıın dörd-beş daş hündürə qaldırıldığı obyektivimizdən yayınmadı, içərisinə daxil olduqda isə dəmir konstruksiyaların qurulduğunu, çardağın da yarıya qədər vurulduğunu gördük. Tikinti matrealları isə həyətdə hazır vəziyyətdə idi.
Kafedə çalışanlar isə bildirdilər ki, obyekt adıçəkilən ünvanda 30 ildən artıqdır fəaliyyət göstərir. Sadəcə müştəriləri yağışlı havadan qorumaq üçün köhnə kafenin içində yenilik etmək istəyiblər. Amma, aidiyyəti qurum buna imkan verməyib və tikintini dayandırıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
