Cennifer Lopezin 150 dollarlıq balzamı lağa qoydular-Qiyməti ŞOKA SALDI


Ajans.az xəbər verir ki, 57 yaşlı ulduzun təsis etdiyi “JLo Beauty” brendi Avstriyanın lüks “Swarovski” markası ilə əməkdaşlıq çərçivəsində “Beso Balm” adlı dodaq balzamının məhdud sayda xüsusi buraxılışını təqdim edib.
2023-cü ildə 19 dollara satışa çıxarılan məhsulun yeni versiyasının qiyməti 150 dollar müəyyən edilib. Beləliklə, balzamın qiyməti təxminən 690 faiz artıb.
Süni intellekt texnologiyasından istifadə edilməklə hazırlandığı bildirilən reklam çarxında kristallarla bəzədilmiş balzam nümayiş olunur. Videoda Lopezin 2002-ci ildə ifa etdiyi “Jenny From the Block” mahnısı da səslənir.
Yeni məhsul üç fərqli çeşiddə təqdim edilib. Hər bir çeşidin müğənninin həyatının və karyerasının fərqli mərhələlərindən ilhamlandığı bildirilir. “Crisp Apple” onun rəqqasə kimi fəaliyyətinin ilk dövrlərini, “Cocoa Cream” şöhrətini, “Cherry Noir” isə musiqiçi kimi öz səsini tapdığı mərhələni simvolizə edir.
Lakin nə məhsulun qiyməti, nə də reklam kampaniyası izləyicilərin gözləntilərini doğruldub. “The Cut” nəşrinin məlumatına görə, sosial şəbəkə istifadəçiləri reklamı qeyri-təbii və reallıqdan uzaq hesab ediblər.
Şərhçilərdən biri balzamın kristallarla bəzədilmiş qablaşdırmasını parıldayan marixuana üyüdən alətlərə bənzədib. Digər istifadəçilər isə reklam kampaniyasını indiyədək gördükləri ən gülünc məhsul təqdimatlarından biri adlandırıblar.
Hətta müğənninin fanatlarından biri ona müraciət edərək: “Bağışlayın, J.Lo, amma bu, dəhşətdir”, – deyə yazıb.

Report+1 mənbə