Cambridge 2026-cı ilin sözünü açıqlayıb


Cambridge Dictionary 2026-cı ilin sözü kimi “human” (insan) sözünü seçib.
Seçim süni intellektin sürətli inkişafı və onun insan həyatına təsiri ilə bağlı artan müzakirələr fonunda edilib. Bildirilib ki, son bir ildə insanların süni intellektin iş yerlərinə, düşünmə qabiliyyətinə və insan yaradıcılığına təsiri ilə bağlı narahatlıqları artıb.
Lüğətin izahına görə, “human” sözü tanrı, heyvan və maşınlardan fərqli olaraq insana xas keyfiyyətləri, qüsurları və hissləri ifadə edir.
Cambridge nümayəndələrinin fikrincə, süni intellektin inkişafı insan olmağın mahiyyəti, insan və süni zəka arasındakı fərqlər barədə düşünməyə vadar edir.
