Camal Musialanın səhhətində yenidən problem yaranıb


Camal Musialanın səhhətində yenidən problem yaranıb.
Offsideplus.az xəbər verir ki, “Bavariya”nın futbolçusu Camal Musiala son 12 həftə ərzində iki dəfə nevroloji epizod yaşayıb. Sonuncu hal ötən bazar ertəsi qeydə alınıb.
Məlumata görə, futbolçunun qəbul etdiyi dərmanların dozası və müalicə rejimi yenidən tənzimlənir. Musialanın nümayəndələri vəziyyətlə bağlı “Bavariya” rəhbərliyi ilə daim əlaqə saxlayırlar.
