Ceyhun Nuriyev MOİK-ə nə vaxt yollanacaq?


“Araz-Naxçıvan”ın futbolçusu Ceyhun Nuriyevin hərbi xidmətdə olduğundan xəbərdarsız. Bu mövzu ilə bağlı son xəbərimizdə onun oktyabrın 29-da hərbi xidmətə yollandığını, noyabrın 8-də hərbi and içdiyini yazmışdıq.Bilindiyi kimi, Müdafiə Nazirliyi AFFA-nın və Gənclər və İdman Nazirliyinin müraciətini nəzərə alarsa, futbolçu karyerasını MOİK-də davam etdirə biləcək. Hadisələrin axarı belə olacağı təqdirdə “Araz-Naxçıvan” “hərbçilər”lə ortaq məxrəcə gəlib, Ceyhunu heyətinə qaytarmağa çalışacaq.
Bəs məsələ ilə bağlı yenilik varmı? Futbolçunun "Araz-Naxçıvan"a qayıtmaq ehtimalı hələ də qüvvədədimi?
Bu sualları "qırmızı-ağlar"ın icraçı direktoru Eldəniz Yusubova müraciət etdik. Klub rəsmisi "Football-plus.az"a açıqlamasında Ceyhunun hələ hərbi xidmətdə olduğunu, klubun müvafiq yerlərdən xəbər gözlədiyini bildirdi.
KƏNAN BAHADIR