“Dünyanın ən yaxşı futbolçusu ilə oynamaq işi asanlaşdırır”


Madrid “Real”ının hücumçusu Karlos Espi komanda yoldaşı Kilian Mbappe ilə eyni komandada çıxış etməsi barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, 21 yaşlı futbolçu fransalı hücumçu ilə bir komandada oynamağın onun üçün xüsusi təcrübə olduğunu bildirib.
“Mbappe ilə oynamaq necə hissdir? Dünyanın ən yaxşı futbolçusu ilə birlikdə çıxış etmək inanılmazdır. Bu, işi xeyli asanlaşdırır. Komandada məni necə qarşıladıqları da möhtəşəmdir”, – deyə Espinin sözlərini “Madrid Xtra” nəşri yayıb.
Qeyd edək ki, Karlos Espi ötən yay “Levante”dən “Real”a 25 milyon avro qarşılığında transfer olunub. Gənc hücumçu Madrid klubunun heyətində bütün turnirlərdə 12 oyuna çıxıb və dörd qol vurub.
İspaniya çempionatında 13 turdan sonra “Real” 33 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Madrid təmsilçisi lider “Barselona”dan üç xal geri qalır.
