Bütün tərəflər üçtərəfli görüşə hazırlaşır - Uşakov


Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla görüşdən əla əhval-ruhiyyədə ayrılıb.
Axar.az xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
“Putin və Trampın görüşündə xüsusi əhəmiyyətli bəyanatlar səsləndirilməyib, bütün tərəflər üçtərəfli görüşə hazırlaşır”, - o bildirib.
Uşakov qeyd edib ki, Ukrayna məsələsi Putin və Trampın görüşündə əsas müzakirə mövzusu olub.