Dəfələrlə xəbərdarlıq etdilər, xeyri olmadı, “Qarabağ”ın satmaqdan başqa yolu qalmadı


“Qarabağ”ın qış transfer pəncərəsində 3-4 nəfərlə vidalaşması gözlənilir.
Onlardan kimlərsə satıla, kimlərsə icarəyə göndərilə bilər.
Hər halda Qurban Qurbanov mövcud durumu diqqətlə izləyir, analiz və korrektə edir. Baş məşqçi «qara siyahı»sını dekabrda konkretləşdirəcək.
Pedro Bikalyonun Ağdam təmsilçisindən ayrılmaq ehtimalı yaranıb.
2029-cu ilin yayınadək müqaviləsi olan braziliyalı yarımmüdafiəçi Qurbanovun son həftələrdə ən çox narazı qaldığı oyunçulardan biridir.
“Sambaçı“ya bir neçə dəfə xəbərdarlıq edilib. Formaya düşə bilməyən cənubi amerikalıya çəkisi irad tutulub. A
rtıq çəkisini atmağa can çəkən legionerin böyük miqdarda cərimələnməsi də bizə məlumdur.
İlin əvvəlində “Botafoqo” 25 yaşlı orta sahə oyunçusu üçün 1,5 milyon dollar təklif etsə də, “Qarabağ” bu məbləğlə razılaşmamışdı. Hazırda isə Bikalyonun satışına qarşı deyillər.
Pedro Bikalyo 2025-ci ildən “Qarabağ”da çıxış edir. O, komandanın 2025/2026 mövsümündə Çempionlar Liqasındakı uğurlu çıxışında əsas pay sahiblərindən biri olub.
SPORTİNFO.AZ
1 mənbə