Bu ölkədə məhbuslar teatr səhnəsinə çıxdı


Rumıniyanın paytaxtı Buxarestdə keçirilən teatr festivalında yeddi həbsxanadan 59 məhbus səhnəyə çıxaraq aktyorluq bacarıqlarını nümayiş etdirib.
Xitab24.az xəbər verir ki, tədbir Nottara Teatrında təşkil olunan “Dana Cenuşa – Mədəniyyət vasitəsilə azadlıq” adlı 15-ci Multiart festivalı çərçivəsində baş tutub.
Festival noyabrın 17-18-də keçirilib. İştirakçılar arasında Vaslui, Ployeşti, Buxarest, Kraiova, Arad və Botoşani həbsxanalarının məhbusları olub.
Məhbuslar peşəkar teatr mütəxəssisləri ilə birlikdə hazırladıqları yeddi tamaşanı nümayiş etdiriblər. Tamaşalar arasında Samuel Bekketin “Qodonu gözləyərkən” əsərinin adaptasiyası, “Öz içimdə qapalı” və “Heç nə etməyin şirinliyi” adlı səhnə əsərləri də yer alıb.
Təşkilatçıların sözlərinə görə, festivalın əsas məqsədi məhbusların cəmiyyətə yenidən inteqrasiyasına kömək etmək, onların yaradıcılıq qabiliyyətlərini üzə çıxarmaq və cəmiyyətdəki stereotipləri dəyişməkdir.
