Bu ölkədə gənclər hərbi xidmətə çağırışa qarşı etiraz aksiyaları keçirəcək


Almaniyanın azı 73 şəhərində gənclərin iştirakı ilə etiraz aksiyaları keçiriləcək.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, aksiyalar noyabrın 20-də günorta saatlarından başlayaraq axşam saatlarına qədər davam edəcək.
Etirazlarda “Gen Z regelt” təşəbbüsü, “Məcburi hərbi xidmətə qarşı məktəb tətili” hərəkatı və Almaniya Məktəbliləri Federal Konfransı iştirak edəcək.
Təşkilatçıların tələbləri arasında məcburi hərbi xidmətə qarşı çıxmaq, məktəblərə, psixoterapiya xidmətlərinə və asılılığı olan şəxslərə dəstək proqramlarına ayrılan maliyyənin artırılması, eləcə də yaşayış xərclərinin bahalaşmasına qarşı tədbirlərin görülməsi var.
Berlindəki Brandenburq qapısı yaxınlığında keçiriləcək aksiyaya 5 minədək insanın qatılacağı gözlənilir.
Almaniyanın təhsil naziri Karin Prien gənclərin narahatlıqlarının ciddi qəbul edilməli olduğunu bildirib. O, eyni zamanda, zorakılığın istənilən formasını qəbuledilməz hesab etdiyini vurğulayıb.
Qeyd edək ki, Almaniyada gənclərin əvvəlki etiraz aksiyaları oktyabrın 31-də keçirilib. Həmin vaxt dinc başlayan aksiyalar sonradan talan və hüquq-mühafizə orqanları ilə toqquşmalarla nəticələnib.
1 mənbə
