Zaxarova: Rusiya hərbi attaşesinin Danimarkadan çıxarılmasına cavab verəcək


BAKI, 20 noyabr. TELEQRAF
Moskva Danimarkanın Rusiya hərbi attaşesini ölkədən çıxarmasına müvafiq cavab verəcək.
Teleqraf xəbər verir ki, bunu TASS-a Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Xatırladaq ki, Danimarka hökuməti Rusiyanın bu ölkədəki hərbi attaşesini "persona non grata" (arzuolunmaz şəxs) elan edərək ölkədən çıxarmaq qərarına gəlib.
Xarici işlər naziri Lars Lökke Rasmussenin açıqlamasına görə, Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq hökumətin qərarı ona təqdim edilib və hərbi attaşeyə ölkəni tərk etmək üçün 7 gün vaxt verilib.
Kopenhagen rəhbərliyi həmçinin Rusiya vətəndaşlarına qeyri-zəruri vizaların verilməsini dayandırdığını və Rusiya ilə əlaqəli gəmiləri qəbul etmək öhdəliyini ləğv etməyi planlaşdırdığını bəyan edib.
Bu addımlar Danimarka hüquq-mühafizə orqanları ölkə ərazisində Rusiya kəşfiyyatı ilə əlaqəli olduğu iddia edilən sui-qəsd cəhdini (ukraynalı reper Kyivstoner-ə qarşı planlaşdırılan hücum) araşdırması fonunda atılıb.
1 mənbə
