Bomba həyəcanı: 10-dan çox məktəb təxliyə edildi - bu ölkədə


İspaniyanın şimal-qərbində yerləşən Qalisiya bölgəsində bomba partlayışı ilə bağlı saxta təhdidlər səbəbindən 10-dan çox məktəb təxliyə olunub.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bu barədə “Reuters” İspaniya Milli Polisinə istinadən məlumat yayıb.
Bildirilib ki, məktəblərə elektron poçt vasitəsilə partlayış təhlükəsi barədə məktublar göndərilib. Təhdidlərin məzmunu açıqlanmasa da, polis məktubların birbaşa təhsil müəssisələrinə ünvanlandığını təsdiqləyib.
Hüquq-mühafizə orqanlarının ixtisaslaşmış bölmələri məktəb binalarında yoxlamalar aparıb. Araşdırmalar zamanı heç bir şübhəli qurğu aşkarlanmayıb. Təhdid alan məktəblərin dəqiq sayı isə hələ müəyyənləşdirilməyib.
Qeyd edək ki, bir həftə əvvəl İtaliyada da minlərlə məktəb oxşar təhdid məktubları alıb. Son dövrlərdə Avropanın müxtəlif ölkələrində supermarketlər, qan bankları, hava hərəkətinin idarəetmə sistemləri və media qurumları da saxta təhdidlərin hədəfinə çevrilib.
Dərc vaxtına görə