Hava limanında bomba həyəcanı: 69 nəfər təxliyə edildi - bu ölkədə


Türkiyənin Antalya hava limanında bomba təhlükəsi ilə bağlı daxil olan məlumatdan sonra 69 nəfər sərnişin təyyarədən təxliyə edilib.
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ajans.az xəbər verir ki, bu barədə “Haberler” nəşri məlumat yayıb.
Məlumata görə, Rusiyanın “Azimut” aviaşirkətinə məxsus, Mineralnıye Vodı şəhərindən Antalyaya uçan “Sukhoi Superjet 100” təyyarəsində bomba olduğu barədə məlumat uçuş zamanı daxil olub.
Təyyarə hava limanına eniş etdikdən sonra təhlükəsizlik tədbirləri çərçivəsində xüsusi dayanacağa yönləndirilib. Göyərtədə olan 65 sərnişin və dörd ekipaj üzvü təxliyə olunub.
Təhlükəsizlik əməkdaşlarının apardığı yoxlama zamanı təyyarədə heç bir partlayıcı maddə və ya şübhəli əşya aşkarlanmayıb. Məlumatın yalan olduğu müəyyən edilib.
Dərc vaxtına görə