Yoldaşını və qızını ağır qəzada itirən qadının vəziyyəti açıqlandı -


Qazaxda avtomobil qəzası zamanı ağır xəsarət alan qadının müalicəsi davam edir.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Qazax rayon, Kəmərli kənd sakini Türkan Mahir qızı Dərgahquliyevanın vəziyyəti ağır olaraq qalır və onun müalicəsi Qazax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində davam etdirilir.
Xatırladaq ki, Qazax rayonunun Aslanbəyli-Kəmərli avtomobil yolunda "Tofaş" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində qadının həyat yoldaşı Sənan Hüseyn oğlu Dərgahquliyev və 6 yaşlı qızı, həmçinin baldızının 6 yaşlı oğlu dünyasını dəyişib.
Yoldaşını və qızını ağır qəzada itirən qadının vəziyyəti açıqlandı - Foto
Hadisə nəticəsində "Opel" markalı avtomobilin sürücüsü İttifaq İkram oğlu Müssədirov da aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Dərc vaxtına görə
