Birinci hissələrdə parlayan milli


UEFA Millətlər Liqasının D liqasında qrup mərhələsinə yekun vurulub. Azərbaycan milli komandası keçirdiyi 4 görüşdə 2 qələbə və 2 heç-heçə əldə edərək məğlubiyyətsiz irəliləyib. Yığma bu oyunlarda cəmi 3 qol vurub, öz qapısından isə yalnız 1 top buraxıb.
Komandanın qol vurduğu hər üç görüşdə milli məhz birinci hissədə fərqlənib. Mahir Emreli Litva ilə qarşılaşmanın 14-cü, Lixtenşteynlə səfər matçının isə 28-ci dəqiqəsində rəqib torunu silkələyib. Digər qolu isə 25-ci dəqiqədə Abdulax Xaybullayev Litvaya qarşı ev oyununda vurub. Millinin buraxdığı yeganə qol isə Kaunasdakı matçın 9-cu dəqiqəsində penaltidən qeydə alınıb.
Qapının toxunulmazlığı baxımından yığma 4 görüşdən yalnız birində, evdə Lixtenşteynlə qolsuz keçirilən matçda qapısını qoldan qoruya bilib.
Oyunlarda topa sahib olma göstəriciləri rəqiblərə və matçın gedişinə görə kəskin fərqlənib. Azərbaycan millisi Lixtenşteynlə ev görüşündə 74%, səfərdəki matçda isə 65% topa nəzarət edib. Litva ilə qarşılaşmalarda isə bu rəqəmlər müvafiq olaraq 38% və 49% təşkil edib.
Ayxan Zayıdzadə