Bir paylaşımından yüz minlərlə dollar qazanır: Məşhur influenser milyarderliyə doğru irəliləyir


Son vaxtlar şou-biznesin ən məşhur simaları ilə bir araya gələn, nüfuzlu tədbirlərə və qırmızı xalılara qatılan Alix Earle sosial şəbəkələrdəki təsir gücü ilə böyük sərvət qazanır.
Bir müddət əvvəl sadəcə sosial şəbəkə fenomeni kimi tanınan Earle indi öz biznes imperiyasını qurmağa hazırlaşır. Onun reklam məqsədilə etdiyi hər paylaşım əməkdaşlıq etdiyi markalara böyük gəlir gətirir.
Məlumata görə, Alix Earle bir reklam paylaşımına görə təxminən 250-500 min dollar qazanır. Onun hazırda dünyanın ən nüfuzlu influenserlərindən biri olduğu bildirilir.
Yaxın zamanda adı amerikalı futbol ulduzu Tom Brady ilə hallanan Earle, bu gəlirləri sayəsində milyarderliyə namizəd hesab olunur.